• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyadan Yaponiyaya etiraz - SƏBƏB

CƏMİYYƏT

08 Avqust 2024 | 08:44 | Müəllif: Əli Hüseynov

Rusiyadan Yaponiyaya etiraz - SƏBƏB

Rusiya Yaponiya tərəfinə ölkənin Uzaq Şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətin yolverilməzliyini qeyd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Qeyd olunub ki, avqustun 7-də Yaponiyanın Rusiyadakı səfirliyinə 18-26 iyul tarixlərində, o cümlədən Rusiyanın sərhədlərinə yaxın yerləşən Hokkaydo ərazilərində Yaponiya-Amerika birgə “Orient Shield” təlimi ilə əlaqədar sərt etiraz edilib.

Moskvada Yaponiya tərəfinə Rusiyanın təhlükəsizliyinə potensial təhdid kimi qiymətləndirilən Uzaq Şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətin qəti şəkildə yolverilməzliyi qeyd edilib.

Vurğulanıb ki, Rusiya təlimlərlə bağlı müdafiə qabiliyyətini gücləndirmək üçün adekvat cavab tədbirləri görə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026