“Biz ayrı-ayrı qurumlarla bağlı müəyyən addımlar atırıq. Lakin medalların verilməsi məsələsi özü ilə bərabər bəzi problemləri də gətirdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında çıxışı zamanı bildirib.
“Sosial şəbəkələrdən görürük ki, 44 günlük müharibə zamanı yazlərlə insana layiq olmadığı halda orden və medallar verildi".
Mərkəzi Seçki Komissiyasının müstəqilliyimizlə yaşıd olduğunu deyən F.Mustafa qeyd edib ki, onunla bağlı orden və medalların təsis olunması yönünüdə zəruri addımların atılması vacibdir: "Məsələn, MSK-nın katibi Mikayıl Rəhimovun bu yaxınlarda 60 yaşı tamam oldu. Lakin dövlətçiliyimizə xidmətlərinə görə medala layiq olduğu halda, o, təltif edilmədi. Digər tərəfdən, 87 yaşlı yazar Əlisa Nicatın da problemi vətəndaşlar tərəfindən həll olundu. Onsuz da yazıçılarımızın sayı 5-6 nəfərdir, çox deyil ki. Onların problemi hökumət tərəfindən həll edilə bilərdi. Şair Məmməd İsmayılın 83 yaşı oldu, ona da heç bir ad verilmədi. Layiq olmayanllara o qədər orden və medallar verilib. Layiq olanları niyə onların gözünə qatmırıq? Qurumların rəhbərliyində olan şəxslər kimi istəyirlərsə, onun adını yazıb verirlər, ordenə layiq olanlar qalır kənarda. Bu məsələyə nəzarətin gücləndirilməsinin vacib olduğunu hesab edirəm”, - deputat əlavə edib.
Nuranə Daxilqızı








jpg-1672999424.webp)






