Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur Qəzzada dinc əhaliyə qarşı davam edən ölümcül hücumlara görə BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Bakıvaxtı.az bu barədə xarici mənbələrdən məlumat əldə edib.
Mənsur İsrail ordusunun Qəzza şəhərində köçkünlərin sığındığı, ən azı 100 fələstinlinin həyatını itirdiyi məktəbə hücumunun ardından Əlcəzairin tələbi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasındakı çıxışında İsrailin can almağa davam etdiyini vurğulayıb.
İsrailin özünə qarşı səsləndirilən qınaqlara əhəmiyyət vermədiyini ifadə edən Mənsur bildirib:
"Gəlin açıq deyək. İsrail qərarları rədd edir, arqumentlərinizi belə dinləmir".
İsrailin fələstinlilərə qarşı hərəkətlərinin heç bir izahının olmadığını bildirən Mənsur qeyd edib ki, Qəzzada edilənlərin məhbuslarla heç bir əlaqəsi yoxdur.
O, BMT TŞ-yə müraciət edib:
"Oyanın! İsrailin minlərlə dinc sakinin öldürülməsinə, aclıq və işgəncələrə son qoyacağını düşünməyi dayandırın, siz onları dayandırmağa çağırın"
Əli Hüseynov



jpg-1726212006.webp)











