• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Fənərbağça"nın hücumçusu "Qalatasaray"a keçdi

İDMAN

20 Iyun 2024 | 19:19 | Müəllif: Subhan Mahmudov

"Fənərbağça"nın hücumçusu "Qalatasaray"a keçdi

"Fənərbağça" klubunun hücumçusu Mitçi Batşuayi "Qalatasaray" klubu ilə rəsmi olaraq müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “NTVsport” məlumat yayıb.

Bildirilib ki, 2022-ci ildə "Çelsi"dən "Fənərbağça"ya transfer olunan belçikalı forvard yeni mövsümdən etibarən "Qalatasaray"ın şərəfini qoruyacaq.

"Qalatasaray" rəsmiləri isə bu məsələ ilə bağlı ətraflı açıqlamanı daha sonra verəcəklərini bildiriblər.

Qeyd edək ki, Mitçi Batşuayi bu mövsüm çıxdığı 43 oyunda 24 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026