• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

"Fənərbaxça" Özillə yolları ayırdığını rəsmən açıqladı

İDMAN

13 Iyul 2022 | 18:31 | Müəllif: Subhan Mahmudov

"Fənərbaxça" Özillə yolları ayırdığını rəsmən açıqladı

"Fənərbaxça" futbolçusu Məsut Özillə yolları ayırdığını rəsmən açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun "Tvitter" səhifəsi məlumat yayıb. Türk əsilli alman yarımmüdafiəçi ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv olunduğu bildirilib.

33 yaşlı futbolçunun "Başakşəhər"ə keçəcəyi gözlənilir.

Xatırladaq ki,  M.Özil martda əsas komandadan kənarlaşdırılmışdı. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Özil və Tufan məşq zamanı sabiq baş məşqçi İsmail Kartalla mübahisə etdiyi üçün cəzalanmışdı. İstanbul təmsilçisinə yeni baş məşqçi - Jorje Jesus təyin olunandan da sonra oyunçu əsas komandaya qaytarılmamışdı.

Qeyd edək ki, M.Özil 2021-ci ilin yanvarında "Arsenal"dan "Fənərbaxça"ya transfer olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026