• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Fergus Auld İrandakı səfirliyimizə hücumla bağlı paylaşım etdi

CƏMİYYƏT

27 Yanvar 2023 | 12:41

Fergus Auld İrandakı səfirliyimizə hücumla bağlı paylaşım etdi

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.

“Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm”, - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026