• Bakı 24° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

FHN nəzarət tədbirlərini davam etdirir - VİDEO

CƏMİYYƏT

07 May 2021 | 15:21

FHN nəzarət tədbirlərini davam etdirir - VİDEO

Ötən il ərzində açıq sahələrdə, meşə və meşəətrafı ərazilərdə, eləcə də biçilmiş və biçilməmiş əkin sahələrində baş vermiş yanğın hadisələri və onların səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində təhlil edilib, yaz-yay mövsümündə, o cümlədən dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğınların daha çox baş verdiyi ərazilər müəyyən edilib.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bunun nəticəsi olaraq, Xidmət tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə yanğınların baş vermə ehtimalı yüksək olan yerlərdə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, həmçinin aidiyyəti təşkilatlarla birlikdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq, əkin sahələri və meşə ərazilərinin ətrafının, avtomobil və dəmir yolları, yüksək gərginlikli hava elektrik xətləri və digər kommunikasiyalar keçən və bunlara yaxın olan sahələrin şumlanması üsulu ilə yanğına qarşı mühafizə zolaqlarının yaradılması işlərinə başlanılıb.

Qeyd olunan məsələ ilə əlaqədar Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlara rəsmi müraciətlər ünvanlanıb, zəruri tədbirlərin həyata keçirilməsi və müvafiq rejimə əməl olunmasının əhəmiyyəti bir daha diqqətə çatdırılıb. Həmçinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, fermer təsərrüfatları və fərdi sahibkarların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilir.

Xidmət bu istiqamətdə tədbirlərini davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026