• Bakı 16° C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

FHN: Yağıntılı havaya görə bəzi əraziləri su basıb

CƏMİYYƏT

06 May 2025 | 09:49

FHN: Yağıntılı havaya görə bəzi əraziləri su basıb

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi əraziləri su basıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.


SON XƏBƏRLƏR

05 May 2025