• Bakı 18° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Filippin sahillərində GÜCLÜ ZƏLZƏLƏ

HADİSƏ

15 Iyul 2025 | 08:45 | Müəllif: Qalib İbrahimoğlu

Filippin sahillərində GÜCLÜ ZƏLZƏLƏ

Filippin adalarının sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri, 100 mindən çox əhalisi olan Tuqueqarao şəhərindən 127 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 49 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda tələfat və dağıntılarla bağlı məlumat yoxdur, həmçinin sunami təhlükəsi elan edilməyib. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR