• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Filippin istidən”bişir”: Məktəblər bağlandı

DÜNYA

04 Aprel 2024 | 12:44

Filippin istidən”bişir”: Məktəblər bağlandı

Filippində həddindən artıq isti hava ölkədə təhsil fəaliyyətinin dayandırılmasına səbəb olub.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, ölkənin bəzi bölgələrində termometrlər 43 dərəcəni göstərib.

Filippin Təhsil Departamentindən bildirilib ki, gün vurması risk səbəbindən 12 bölgədə 3954 məktəbdə üzbəüz təhsil dayandırılıb.

Xüsusilə Metro Manila, Qərbi Visayas, Soccsksargen, Central Visayas və Ilocos bölgələrində 1 milyon 393 min 806 tələbə məcburi tətilə göndərilib.

Digər tərəfdən, ölkədəki bir çox məktəbdə distant təhsil verilir. Şimali Mindanao, Davao, Karaqa və Kordillera bölgələrində isə üzbəüz təhsil davam edir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR