• Bakı 16° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

İQTİSADİYYAT

24 Mart 2025 | 11:25

Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

Azərbaycanda 2025-ci il üzrə iqtisadi artım 2,57% təşkil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fitch Solutions” (FS) şirkətinin hesabatında bildirilib.

Birgə dərc edilən hesabatda “Bloomberg Consensus” isə Azərbaycanda bu il real ÜDM-in 2,7% artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Niderlandın ən böyük bank qrupu olan "ING Group" 2025-ci il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozu 3 %, 2026-cı ildə 2,5 % səviyyəsində proqnozlaşdırıb.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM artımını 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları isə fərqlənir. “S&P Global” 2 %, “Fitch Ratings” 2025-ci ildə 3% və 2026-cı ildə 2,4 %, “Moody's” hər il 2,5 % iqtisadi böyümə gözləntisindədir.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % olacağını proqnozlaşdırır. Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 2,7 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində olacağını gözləyir.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, 2025-ci ilin yanvar-fevral aylarında iqtisadi artım 0,2 % təşkil edib.


SON XƏBƏRLƏR

29 Mart 2025