Azərbaycan Fransanın Minsk qrupundan kənarlaşdırılmasını təklif etməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat Fransa senatının erməni separatçılarını qəbul etməsini qınayıb:
"Fransa türk, müsəlman ölkələrinə yürütdüyü siyasətlə hər zaman fərqlənib. Fransadan soruşmaq lazımdır ki, Donbasdakı separatçıları niyə görüşə dəvət etmirsiniz? Onlar nə üçün Minsk qrupu olaraq işğalçını açıq-aşkar qoruyub? Ləyaqət davranışı sərgiləyən ölkə nə üçün belə münasibət göstərir? Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlişini əngəlləyir. Azərbaycan Fransanın Minsk qrupundan kənarlaşdırılmasını təklif etməlidir. Minsk qrupunun canlanmasına imkan verməməliyik. Azərbaycan bütün sahələrdə Fransa ilə əlaqələrinə diqqətlə baxmalıdır".
Nuranə Daxilqızı
















