Fransanın üç qırıcı təyyarəsi Qara dəniz üzərində Rusiyanın hava məkanına yaxınlaşmağa cəhd edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə Nəzarət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sərhəd pozuntularının qarşısını almaq üçün Su-27 hərbi təyyarələri havaya qaldırılıb. Rusiya təyyarələri Fransaya məxsus "Mirage-2000" və "Rafale" qırıcılarını müşayiət edərək, sərhəd pozuntusunun qarşısını alıb.
















