• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransa XİN ölkə vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

DÜNYA

13 Fevral 2023 | 21:12 | Müəllif: Subhan Mahmudov

Fransa XİN ölkə vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

Fransa Xarici İşlər Nazirliyi həmvətənlərini Belarus ərazisini gecikmədən tərk etməyə çağırır.

Bakıvaxtı.az xəbər verir ki, belə bir mesaj bazar ertəsi Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Nazirlik qeyd edib ki, Ukraynadakı münaqişə və Belarus hava məkanının bağlanması səbəbindən “Belarusa hər hansı səfərlər rəsmi olaraq qəbul edilmir”.

“Belarusdakı fransızları avtomobil yolu ilə Litva, Polşa və ya Latviya ilə sərhəd keçidlərindən keçərək, ölkəni təxirə salmadan tərk etməyə çağırırıq. Litva və Latviya ilə sərhədlər açıq qalır. Polşaya gedən səyahətçilər üçün yeganə keçid məntəqəsi Brest-Terespoldur”, XİN-dən bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ-ın Moskvadakı səfirliyi də Rusiyadakı amerikalıları ölkəni tərk etməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026