• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Rusiya bu tarixdə Moldovanı birləşdirəcək - ŞOK PLAN

DÜNYA

15 Mart 2023 | 18:17 | Müəllif: Subhan Mahmudov

Rusiya bu tarixdə Moldovanı birləşdirəcək - ŞOK PLAN

Rusiya hakimiyyəti 2030-cu ilə qədər Moldovanı öz peykinə çevirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının 2021-ci ildə tərtib etdiyi “Moldova Respublikasında Rusiya Federasiyasının strateji məqsədləri” adlı sənədində qeyd olunub.

Sənəd “Süddeutsche Zeitung”, NDR, “Yahoo Nyus”, “Delfi Eesti”, “Dosye”, “Expressen”, “İndependent”, “Frontstory”, Belaçrus Araşdırma Mərkəzi və “Vsquare”ın jurnalistləri tərəfindən yayılıb.

Bildirilib ki, sənəd Rusiya Baş Qərargahı, Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti və Baş Kəşfiyyat İdarəsinin iştirakı ilə hazırlanıb.

Qeyd olunub ki, Rusiyanın Moldovada strategiyası xarici amillərin - ilk növbədə ABŞ, AB ölkələri, Türkiyə və Ukraynanın "Moldova Respublikasının daxili işlərinə qarışmaq, NATO-nun təsirini gücləndirmək və Kremlin mövqeyini zəiflətmək cəhdlərinə qarşı durmağa yönəlib.

Yaxın bir neçə il ərzində Moskvanın Kişinyovu Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa məcbur edəcəyi planlaşdırıldığı da sənəddə öz əksini tapıb./axar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026