• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Fransanın 17 min kilometr məsafədə yerləşən Polineziyada nə işi var?

SİYASƏT

30 May 2024 | 16:56

Fransanın 17 min kilometr məsafədə yerləşən Polineziyada nə işi var?

“Müstəmləkəçiliyə qarşı mübarizə bizim qarşımızdakı mühüm vəzifələrdən biridir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda deyib.

    O bildirib ki, Fransız Polineziyasında Fransa dövlətinin müstəmləkə siyasəti əsrlərdir davam edir:

    “Fransa ədalət və qardaşlıq anlayışlarından daim özünün niyyətlərini reallaşdırmaq üçün yararlanıb. Bu gün sizin dövlətinizlə Fransa arasında 17 min kilometr məsafə olduğunu nəzərə alanda belə bir sual çıxır: Sənin orda nə işin var? Niyə imkan vermirsən ki, insanlar orda rahat yaşaya bilsinlər?! Hazırda qarşımızdakı əsas vəzifələrdən biri də müstəmləkəçiliyə qarşı mübarizədir. Bunu sözdə yox, əməldə icra etməyə başlamışıq. Ona görə ki, istəyirik dünyada müstəmləkəçiliyə son qoyulsun. BMT-nin bir sıra qətnamələri qəbul edilib. BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan Fransa sizi fundamental hüquqlarınızı bloklayıb. Müstəmləkəçiliyin sonu yoxdur, biz də vaxtilə imperiya altında olmuşuq, amma müstəqilliyimizi də qazanmışıq, siz də qazanacaqsınız. Biz müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin yanındayıq”,- MM-in Komitə sədri Ziyafət Əsgərov belə deyib


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026