Fransada bir çox dövlət qurumlarına qarşı davam edən kiberhücumlar 2 gündür intensiv hal alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Baş Nazirlik Ofisindən bildirilib.
Məkumata görə, bəzi dövlət qurumları kiberhücumların hədəfinə çevrilib.
Hücumdan zərər çəkən qurumlar arasında İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya Nazirliyi, Baş Nazirlik və Mülki Aviasiya Baş İdarəsi də var.
Hücumların oxşar texniki vasitələrdən istifadə etməklə həyata keçirildiyi qeyd olunub. Bu hücumların zərərsizləşdirilməsi üçün əks tədbirlərin görüldüyü bildirilib.
Baş nazirlik bəyanatında hücumların kimlər tərəfindən həyata keçirildiyi barədə məlumat verilməsə də, “Le Figaro” qəzeti hücumlara görə məsuliyyəti "Anonim Sudan" adlı haker qrupunun üzərinə götürdüyünü açıqlayıb.
Günəş Mərd















