“Fulhem”in müdafiəçisi İssa Diop keçmiş həyat yoldaşını öldürməklə hədələdiyi iddiası ilə Fransada saxlanılıb.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi hazırda Tuluzada polis nəzarətindədir.
O, keçmiş həyat yoldaşını hədələdiyi üçün saxlanılıb. İddiaya görə, Diop ondan külli miqdarda aliment tələb edən keçmiş arvadını öldürməklə hədələyib. Diop bazar günü axşam saat 8 radələrində Tuluzadakı Pullman otelində yaxalanıb. Fransa mətbuatı Diop və 29 yaşlı keçmiş həyat yoldaşının hazırda boşanma prosesində olduğunu bildirib və bu, cütlük arasında gərgin mübahisələrə səbəb olub.
Münasibətlər pisləşdikcə Diopun həyat yoldaşını "mən səndən mütləq qurtaracağam" sözləri ilə ölümlə hədələdiyi iddia edilir.
Xəyal Abdullayev
Bakıvaxtı.az
















