• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gəncədə ağır yol qəzası: 16 yaşlı sürücü, 13 yaşlı piyada öldü

HADİSƏ

05 Dekabr 2021 | 15:29 | Müəllif: Qalib İbrahimoğlu

Gəncədə ağır yol qəzası: 16 yaşlı sürücü, 13 yaşlı piyada öldü

Gəncədə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını ağaca çırpılıb. Qəza zamanı 2 nəfər ölüb və daha 3 nəfər xəsarət alıb.

Məlumata görə, sürücü avtomobili ilə yol kənarında azyaşlını vurduqdan sonra idarə etməni itirib.

Qəza nəticəsində ölənlərin və xəsarət alanların adı bəlli olub.

Sürücü 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan Namiq oğludur. Ölən piyada İbrahimova Nazlı Elşad qızının isə 13 yaşı olub.

Xəsarət alanlar aşağıdakılardı:

2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu

2004-cü il təvəllüdlü Bayramov İlkin

2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026