• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gəncədə DƏHŞƏT: Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

HADİSƏ

13 Noyabr 2023 | 10:52 | Müəllif: Qalib İbrahimoğlu

Gəncədə DƏHŞƏT: Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

12.11.2023-cü il tarixində saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

09:27

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Bakıvaxtı.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binalarındakı mənzillərin birində qeydə alınıb.

1954-cü il təvəllüdlü M.Qurbanova, 1987-ci il təvəllüdlü Ş.Qurbanova, 2008-ci il təvəllüdlü V.Qurbanov və 2010-cu il təvəllüdlü A.Qurbanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Onların sözlərinə görə, yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026