Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ-2107" avtomobili "Chevrolet Aveo"ya çırpılıb.
Qəzadan sonra "VAZ-2107 " yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
















