• Bakı 14° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Gəncədə var, Bakıda da olacaq – Mühüm yenilik

CƏMİYYƏT

05 Noyabr 2025 | 17:20

Gəncədə var, Bakıda da olacaq – Mühüm yenilik

Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər. Paralel olaraq, “BakıKart”, “BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır.

Bu sistem avtobuslarda nə zaman tətbiq ediləcək?

Bakıvaxtı.az bildirir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, ictimai nəqliyyatda sərnişinlərin hərəkətini daha sərbəst və rahat edən, vaxt itkisinin qarşısını alan, eləcə də avtobus və metroya marağı artıran hər bir yenilik təqdirəlayiqdir:

“Bu baxımdan yeni texnoloji həllərin tətbiqi də mühüm əhəmiyyət daşıyır. İctimai nəqliyyatın avtobus seqmentindən fərqli olaraq, metroda vahid və oturuşmuş sistem mövcuddur. Buna görə də orada yeni texnologiyaların tətbiqi mümkündür.

Marşrut xətlərində isə bəzi hallarda hələ də nağd ödəniş sistemi qalmaqdadır. Nağdsız ödənişə keçid prosesi nisbətən ləng gedir. Hazırda bu istiqamətdə müəyyən işlər aparılır. Artıq Gəncə şəhərində sərnişinlər avtobuslarda istənilən bank kartı ilə ödəniş edə bilirlər. Bu sistem yaxın vaxtlarda Bakıda da tətbiq olunacaq”.

 


SON XƏBƏRLƏR