• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Göyçayda qanunsuz kömür quyuları AŞKARLANDI

CƏMİYYƏT

24 Yanvar 2024 | 20:41 | Müəllif: Subhan Mahmudov

Göyçayda qanunsuz kömür quyuları AŞKARLANDI

Göyçayda Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Potu kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini V.Abdullayev olduğu müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edillərək baxılması üçün 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR