• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Göygöl-Gəncə yolunda zəncirvari qəza oldu - YENİLƏNİB

HADİSƏ

31 Oktyabr 2022 | 13:29

Göygöl-Gəncə yolunda zəncirvari qəza oldu - YENİLƏNİB

Gəncə-Göygöl avtomobil yolunda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzası hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bunlar 1941-ci il təvəllüdlü Alim Cəfərov, 1964-cü il təvəllüdlü Rafael Qafarov, 1992-ci il təvəllüdlü Aqil Bayramov və 2006-cı il təvəllüdlü Elmir Hüseynovdur.

A.Cəfərovun vəziyyəti ağır olaraq qiymətləndirilir. /Report

 

13:09

Gəncə-Göygöl avtomobil yolunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, "İsuzu" markalı sərnişin avtobusu, "VAZ-2107" və "Passat" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində beş nəfər xəsarət alıb və yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində yolda tıxac yaransa da, sonradan nəqliyyat vasitələrin hərəkəti bərpa edilib.

Faktla bağlı araşdırmalar aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026