• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI - TARİX AÇIQLANDI

CƏMİYYƏT

30 Noyabr 2023 | 01:00

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI - TARİX AÇIQLANDI

Günəşdə noyabrın 30-da və dekabrın 1-də güclü geomaqnit qasırğalarına səbəb olacaq yeni güclü alovlar qeydə alınıb. 

Bakıvaxtı.az bildirir ki, bu barədə "Earth Sky" kosmos və dünya müşahidə saytında məlumat verilib.

Bildirilir ki, alovlar ən güclü hesab edilən, demək olar ki, X sinifi olub, onlar noyabrın əvvəlində qütb parıltısını təhrik edəndən dəfələrlə güclüdür.

Alovlanma noyabrın 29-da günəş diskinin mərkəzinə yaxın AR3500 günəş ləkəsi bölgəsində baş verib.

"Bu CME (tac kütləsinin çıxarılması) birbaşa Yerə doğru gedir. NOAA-dakı kosmos hava sinoptikləri bu günəş materialının 30 noyabrda Yerə çatacağını proqnozlaşdırırlar. Bu CME Günəşdən buraxılan başqa bir CME-nin ardınca bizə doğru gəlir. Noyabrın 29-da günün sonunda bizə çatacaq". - tədqiqatçılar xəbərdarlıq ediblər.

Güman edilir ki, yeni alovlar güclü geomaqnit qasırğalarına səbəb ola bilər./lent.az


SON XƏBƏRLƏR

26 Iyul 2024