• Bakı C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Gürcüstanda hərbi xidmət müddəti QISALDILIR

DÜNYA

09 Avqust 2024 | 17:40

Gürcüstanda hərbi xidmət müddəti QISALDILIR

Gürcüstanda köhnə qaydalarla hərbi xidmətə sonuncu çağırış başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Payız çağırışı avqustun 5-dən dekabrın 28-dək aparılacaq. Ümumilikdə 18 yaşından 27 yaşa qədər olan 2,9 mindən çox şəxs hərbi xidmətə çağırılacaq, onlardan yalnız 900 nəfəri müdafiə qoşunlarında xidmət edəcək. Xidmət müddəti 12 aydır.

Artıq 2025-ci il yanvarın 1-dən çağırışçılar yalnız “Milli Hərbi Xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcək. Belə ki, Gürcüstanda hərbi xidmət müddəti qısaldılacaq.

“Müdafiə haqqında” qanuna hazırlanmış dəyişikliklərə əsasən, bu, xidmət növündən asılı olacaq:

6 ay – döyüş bölməsində xidmət;

8 ay – mühafizə və ya yardımçı dəstədə xidmət;

11 ay – kiçik komandanlıq vəzifələrində və əvvəlcədən müəyyən edilmiş ixtisaslar üzrə xidmət.

Eyni zamanda, çağırışçılar yalnız Müdafiə Qoşunlarında xidmət edəcək və bunun üçün əməkhaqqı alacaqlar və onların iş yeri saxlanılacaq.


SON XƏBƏRLƏR