"Gürcüstanda milli məktəblərimizin bağlanma ehtimalı var".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında bildirib.
Onun sözlərinə görə, Gürcüstandakı məktəblərimizdə Azərbaycan-dili və Ədəbiyyat fənnini tədris edən müəllimlər olduqca yaşlıdır və yeni gənc kadrlar Tiblisdə yoxdur.
"Beləliklə, Azərbaycan dili və Ədəbiyyat fənninin tədrisi dayansa, ya milli məktəblərimiz bağlanacaq, ya da gürcüləşəcək. Gürcüstan azərbaycanlılarının arasında cəhalət həddindən çox artmaqdadır”.
Nuranə Daxilqızı








jpg-1672296799.webp)







