• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Gürcüstanda sürüşmə baş verən ərazidə axtarışlar yekunlaşdı

DÜNYA

17 Avqust 2023 | 14:31 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda sürüşmə baş verən ərazidə axtarışlar yekunlaşdı

Avqustun 3-də Gürcüstanın sürüşmənin baş verdiyi Şovi kurort zonasında quruda axtarış işləri başa çatıb.

Bakıvaxtı.az Gürcüstan mediasına istinadən xəbər verir ki, xilasedicilər bundan sonra bütün səylərini çaylarda insanların axtarışına sərf edəcəklər.

Son məlumatlara görə, sürüşmə nəticəsində 26 nəfər ölüb, onlardan 24-nün şəxsiyyəti müəyyən edilib. Yeddi nəfər itkin düşmüş hesab olunur. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib.

"Fəlakət zonasında işlər intensiv şəkildə aparılır. Çançaxi və Rioni çaylarının kanallarında da işlər davam etdirilir. Həmçinin ağır texnikanın köməyi ilə axtarışlar aparılır və yaxın günlərdə intensiv iş rejimində davam etdiriləcək. Bu barədə jurnalistlərə Oni rayon meri Sergi Xideşeli bildirib.

Onun sözlərinə görə, hadisə yerində 400-dən çox xilasedici və 200 hərbçi işi davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026