• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində ATIŞMA: yaralanan var

DÜNYA

20 Dekabr 2021 | 23:51 | Müəllif: Qalib İbrahimoğlu

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində ATIŞMA: yaralanan var

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaratəhlə kəndində silahlı insident baş verib.

Bakıvaxtı.az “Report”a istinadla bildirir ki, naməlum şəxslər avtomobilində olan gəncə atəş açaraq hadisə yerindən qaçıblar.

Nəticədə o, xəsarət alıb. Yaralı Rustavi şəhərinin mərkəzi xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti kritik ağır qiymətləndirilir.

Hadisənin motivi məlum deyil.

Qaratəhlə kəndinə ekspert-kriminalistlər cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR