• Bakı 14° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Gürcüstanın Zəngəzur narahatlığı: Yeni reallıqlarla əlaqədar bütün maraqlar nəzərə alınacaq

SİYASƏT

06 Noyabr 2025 | 14:49

Gürcüstanın Zəngəzur narahatlığı: Yeni reallıqlarla əlaqədar bütün maraqlar nəzərə alınacaq

Ermənistan, Azərbaycan və Türkiyə arasında yeni marşrutların açılmasından sonra Gürcüstan tranzit yüklərinin 20 faizə qədərini itirmək riski ilə üzləşir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Nəqliyyat Dəhlizləri Tədqiqatları Mərkəzinin direktoru Paata Tsaqareişvili “Orbeli: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” illik beynəlxalq forumunda deyib.

QHT rəhbəri bildirib ki, bölgədəki nəqliyyat əlaqələri açılarsa, ilk olaraq avtomobil marşrutları fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, dəmir yolu əlaqəsinin işə salınması isə təxminən beş-altı il çəkəcək, çünki Ermənistan hissəsi hələ də qeyri-müəyyən vəziyyətdədir:

"Region ölkələri bu vaxtdan logistika marşrutlarını təhlil etmək və yenidən qurmaq üçün istifadə edir. Ermənistan və Azərbaycan arasında yeni marşrutlar qaçılmaz olaraq Gürcüstandan keçən yük axınını azaldacaq - itkilər təxminən 1,5-2 milyon ton təşkil edə bilər. İtkilər Orta dəhlizin tranzit axınının 15-20 faizinə bərabərdir. Gürcüstan ərazisindən hər il təxminən 18-20 milyon ton yük daşınır. Bu miqyaslı itkilər olduqca ciddidir. Gürcüstan bu gün rəqabət qabiliyyətini qorumaq üçün addımlar atmalıdır. Tarif siyasətini yenidən nəzərdən keçirməli, infrastrukturu inkişaf etdirməli və yük daşıyıcıları üçün stimullar təmin etməlidir".

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a deyib ki, Gürcüstanın Zəngəzur dəhlizindən narahatlıq keçirdiyini iddia etməsi Rusiya və onun təsirində olan qüvvələrin daxildən hökumətə təzyiqi nəticəsindədir.

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizinin açıqlaması, əhəmiyyəti və funksionallağı barədə 5 ildir müzakirə gedir:

"ABŞ-nin özü də bu məsələ barədə yekun qərara imza atan tərəflərdən biridir. Lakin Gürcüstanın, İran və Rusiyanın etiraz etdiyi ərəfədə ortaya çıxması təsadüfi deyil və kənar təsirlərin hakimiyyətə təsiri sayəsindədir”.

Tiral İrfan: Daha çox mənfəət əldə etmək naminə qabaqcadan bu cür qeyri-dəqiq proqnozlar vermək yersizdir

Müsahibimiz qeyd edib ki, Gürcüstanın həqiqətən bu cür narahatlığı varsa, asanlıqla aydınlıq gətirilə bilər:

“Lakin indidən daha çox mənfəət əldə etmək naminə qabaqcadan bu cür qeyri-dəqiq proqnozlar vermək, rəqabət qabiliyyətinin düşməsindən danışmaq yersizdir”.

“Zəngəzur dəhlizinin açılması və fəaliyyəti mütləqdir. Təbii ki, yeni reallıqlarla əlaqədar bütün maraqlar nəzərə alınacaq və müvafiq addımlar atılacaq", - deyə Tural İrfan vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR