Gürcüstan-Azərbaycan sərhədində zəlzələ baş verib.
Bakıvaxtı.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Azərbaycanın Gürcüstanla sərhəd olan rayonlarında, həmçinin, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
















