• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hakan Fidan İspaniyaya səfər edəcək

DÜNYA

28 May 2024 | 10:57 | Müəllif: Gülşən Şərif

Hakan Fidan İspaniyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İspaniyaya səfəri gözlənilir. 

Bakıvaxtı.az "İHA"ya istinadən bildirir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, nazir İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza Əlaqə Qrupunun üzvləri ilə birlikdə keçirilən görüşdə İspaniyanın dəvəti çərçivəsində Madridə səfər edəcək. 

Səfər zamanı Qəzzada atəşkəsin təmin edilməsi və Fələstin dövlətinin daha çox ölkə tərəfindən tanınması səyləri müzakirə olunacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR