• Bakı 18° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Hazırda bu çaydan sel keçir

CƏMİYYƏT

24 Iyul 2024 | 22:12 | Müəllif: Subhan Mahmudov

Hazırda bu çaydan sel keçir

Çaylarda faktiki vəziyyət açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 24-ü saat 21:00-a olan məlumatına əsasən, regionlarda yağan intensiv yağıntılarla əlaqədar hazırda Qəbələ rayonu ərazisindən axan Tikanlıçaydan sel keçir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib:

“Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR