• Bakı 20° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Sizin sözünüzdən elə çıxır ki..." - Spikerdən deputata İRAD

SİYASƏT

14 Noyabr 2023 | 12:42

"Sizin sözünüzdən elə çıxır ki..." - Spikerdən deputata İRAD

“Dünyada 15 il bundan öncə baş verən iqtisadi böhrandan sonra iqtisadçılar proqnozlara çox da etibar etmirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 14 noyabr tarixli iclasında deputat Etibar Əliyev deyib.

Onun sözlərinə görə, müəyyən edilib ki, hətta səhv proqnoz apararaq böhranı pisləşdiriblər: "Biz qara qızılımızı kapitala çevirməyi məqsəd qoymuşuq. Bunun üçün elm və təhsilə diqqət ayırmalıyıq. Kim elm və təhsildən uzun müddət sonra nəsə gözləyirsə, düşməndir. Ölkədə kölgə təhsili, repititorluq artıb. Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur".

Deputat qeyd edib ki, şagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq: "Bəzi abituriyentlər 0-50 bal yığır, bu, savadsızlıqdır. Hər il artan büdcə ayrılan təhsil beləmi olmalıdır? Əlavə olaraq, bağça və məktəbə qədər təhsilə rayonlarda pul ayrılmır. Niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır? Bəlkə, elə vəsait ancaq Bakı şəhərində olan müəssisələr üçün xərclənir?! Edilən struktur dəyişiklikləri elm üçün ayrılan vəsaitin səmərəli xərclənməsinə kömək edəcək?”

Spiker Sahibə Qafarova deputat Etibar Əliyevin dediklərinə reaksiya verib: “Heç olmasa görülən işlərdən danışın”.

“Etibar müəllim, sizin sözünüzdən elə çıxır ki, ümumiyyətlə, təhsil yoxdur. Heç olmasa, tikilən məktəblər, görülən işlərdən danışın. Siz özünüz də təhsilin içində olan adamsınız, bilirsiniz ki, təhsil sahəsində görülən işlər 1-2 il kimi qısa müddətdə nəticə vermir”, - deyə Sahibə Qafarova Etibar Əliyevə irad bildirib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026