• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Növbədənkənar prezident seçkiləri Azərbaycana nələr vəd edir?

SİYASƏT

14 Dekabr 2023 | 12:42 | Müəllif: Qalib İbrahimoğlu

Növbədənkənar prezident seçkiləri Azərbaycana nələr vəd edir?

Ölkə rəhbərinin 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında imzaladığı fərmandan sonra cəmiyyətin müxtəlif təbəqələri tərəfindən məsələ ilə bağlı müzakirələr aparılır, fərqli fikirlər səsləndirilir.

Ekstremist, radikal, qaragüruh qüvvələr fəallaşıblar və seçkiyə təsir imkanlarını artırmaq niyyətindədirlər. Ancaq düşünürəm ki, onlar bütün hallarda öz məqsədlərinə nail ola bilməyəcəklər. Reallıq ondan ibarətdir ki, Azərbaycan uğurlu daxili və xarici siyasəti, düşünülmüş addımları, peşəkar Ali Baş Komandanı və rəşadətli ordusu hesabına, öz gücü və qüdrətilə torpaqlarımızı işğaldan azad edib. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindən sonra düşmən və havadarları dalana dirəndilər, öz məğlubiyyətləri ilə barışmaq məcburiyyətində qaldılar. 2023-cü ildə aparılan antiterror əməliyyatlarının nəticəsində isə doğma ata-baba yurdlarımız qeyri-qanuni erməni silahlı birləşmələrinin son tör-töküntülərindən də tamamilə təmizləndi.

Müasir Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Bu tarixi anları bizə yaşadanları unutmaq olmaz.

Dahi şəxsiyyət, uzaqgörən siyasətçi, Ulu öndər Heydər Əliyev ömrünün son günlərində Azərbaycan xalqına müraciət edərək İlham Əliyevə özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi və xalqı ona etimad göstərməyə səslədi. Xalq isə Ümummilli liderin səsinə səs verərək 2003-cü ildə gənc, peşəkar, savadlı, intellektual İlham Əliyevi prezident seçdi. Həmin gündən etibarən Azərbaycan tarixində yeni səhifələr açıldı , illər bir-birini əvəz etdikcə yürüdülən uğurlu siyasət məntiqi nəticəsini göstərməyə başladı: Sosial-iqtisadi sahədə yeniliklər özünü göstərdi, təhsil və mədəniyyətin inkişafına diqqət ayrıldı, ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Bütün bunlar "Zəfər Günü"nü yetişdirdi. Proseslər bir-biri ilə əlaqəli, zəncirvari şəkildə irəliləməklə öz işini gördü.

Xalqımız yeni seçkilərə açıq fikir, sağlam təfəkkür, aydın düşüncə və sarsılmaz əqidə ilə qatılmalıdır. Pis niyyətli qüvvələrin pıçıltıları, mövqeləri bizi yolumuzdan yayındırmamalıdır. Günümüzdə Azərbaycan xalqı üçün prezident seçkilərində ən məqbul və uğurlu namizəd İlham Əliyevdir. Cənab prezidentin rəhbərliyi ilə hələ ölkəmizdə görüləcək işlər çoxdur. Ulu öndərin yarımçıq qalmış işlərini İlham Əliyev başa çatdırdı, ata vəsiyyətini yerinə yetirdi.

Əminəm ki, xalqımız İlham Əliyevin işlərini yarıda qoymayacaq və ona yüksək etimad göstərməklə parlaq gələcəyimizə işıq salacaq. Seçkilər bitdikdən sonra Azərbaycan davamlı və dayanıqlı inkişaf yolunda böyük uğurlara imza atacaq, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir ölkə kimi, bütöv şəkildə irəliləyəcək. Sözsüz ki, bütün bunlar cənab prezident, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçəcək.

Anar Salehoğlu

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026