• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Heç vaxt üz-üzə görüşməyən cütlük Zoom vasitəsilə evləndi

CƏMİYYƏT

16 Noyabr 2021 | 16:03

Heç vaxt üz-üzə görüşməyən cütlük Zoom vasitəsilə evləndi

Koronavirus pandemiyası səbəbiylə tətbiq edilən karantinlər zamanı pəncərədən-pəncərəyə keçən sevgi hekayələri hələ də yaddaşlarda qalarkən, Britaniyalı cütlük Ayşə və ABŞ Darrinin birliyi də buna nümunə olub.

Bakıvaxtı.az xəbər verir ki, 4-5 saat vaxt fərqinə baxmayaraq həm internet, həm də telefonla əlaqə saxlayan iki dost rəsmən sevgili olublar və COVID-19 səyahət məhdudiyyətinə baxmayaraq Ayşənin ABŞ-a getməsi planlara daxil edilib.

2020-ci ilin iyul ayında Ayşə və anası Meksikaya, oradan isə ABŞ-ın Detroit şəhərinə uçaraq səyahət maneələrini aşmaq istədilər, lakin immiqrasiya rəsmiləri gənc qadının “səyahət üçün kifayət qədər pulunun və Böyük Britaniya ilə əlaqələri olmadığını deyərək ölkəyə buraxılmasını rədd etdilər”. Ayşə həmin gün başına gələnləri belə danışdı: “Onlar düşünmüşdülər ki, məni ABŞ-a buraxsalar, Darrinə görə ölkəmə qayıda bilməyəcəm. Mən heç vaxt belə bir şey etmərəm. Onunla eyni şəhərdə, ona bu qədər yaxın olmaq, sərhədə buraxılmamaq çox üzücü idi. Məni növbəti təyyarəyə mindirdilər və bütün yol boyu ağladım”.

Aşiq olduğu qadınla üz-üzə görüşmək xəyalları suya düşən Darrin, çarəni video konfrans tətbiqi Zoom vasitəsilə «xüsusi gecə» təşkil etməkdə tapdı. Həmin axşam əlindəki üzüklə kamera qarşısına keçərək evlilik təklifi edən Darrin Ayşədən "hə" cavabı alıb və cütlük qanuna müraciət edib. Yuta ştatında yeni qanunla beynəlxalq onlayn toy mərasimləri qanuniləşdirilib. Bu qanun sayəsində cütlük avqustun 19-da evlənib.

İndi İngiltərə və ABŞ arasında səyahət məhdudiyyətləri qaldırıldıqdan sonra cütlük üz-üzə görüşmək üçün Ayşənin viza almasını gözləyir: “ABŞ-a nə vaxt gedə biləcəyimi bilmirəm, amma gözləmə müddətində bacardığımız qədər pozitiv qalmağa çalışırıq. Heç vaxt şəxsən görüşmədiyimiz üçün heç bir fiziki münasibətimiz olmayıb, bu da evliliyimizin bundan qat-qat üstün olduğunun sübutudur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026