• Bakı C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Uşaqları zərərli qidalardan NECƏ QORUYAQ?
 

CƏMİYYƏT

04 Mart 2026 | 15:10

Uşaqları zərərli qidalardan NECƏ QORUYAQ? 

Uşaqlarda piylənmənin qarşısını almaq üçün ilk addım zərərli qidaları evə gətirməməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 4 mart - Dünya Piylənmə Günü ilə bağlı keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

Onun sözlərinə görə, valideynlərin ən böyük səhvi uşağa qadağa qoymaqla məsuliyyəti üzərindən atmaqdır.

“Valideynlər çox vaxt deyirlər ki, doktor, siz deyin uşağım şirniyyat yeməsin, telefonla az oynasın. Amma həmin telefonu da, həmin şirniyyatı da alan valideynin özüdür. Əgər biz o qidanı alıb evə gətiririksə, sonra uşağa ‘yemə’ demək effektiv olmur”, - deyə mütəxəssis bildirib.

Azad Əkbərzadə vurğulayıb ki, uşaqları zərərli qidalarla ümumiyyətlə tanış etməmək daha düzgün yanaşmadır. Onun sözlərinə görə, uşağa cib xərcliyi verib marketə göndərdikdə, o, sağlam seçim etmir: “Uşaq marketə girəndə tərəvəz yox, qazlı içki, pizza, şirniyyat seçir. Buna görə də valideynlər bu məhsulları almamaqla və uşağa əlçatan etməməklə daha doğru addım atmış olurlar”.

Mütəxəssis qeyd edib ki, sağlam qidalanma ailədən başlayır və valideyn özü nümunə olmalıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR