• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Hemofiliyalı xəstələrin sayı açıqlandı

CƏMİYYƏT

15 Aprel 2022 | 11:51

Hemofiliyalı xəstələrin sayı açıqlandı

“Hemofiliya hələ də müasir tibbin aktual problemidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hemofiliya A hər 10 min nəfər kişi cinsinin 1 nəfərində, hemofiliya B isə hər 50 min nəfər kişi cinsinin 1 nəfərində təsadüf edilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova bildirib. O deyib ki, hesablamalara görə, yer kürəsində təxminən 400 minə yaxın insan hemofiliyanın ağır dərəcəsi ilə xəstədir:

"Hazırda ölkəmizdə 1747 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var. Xəstələrin respublika ərazisində yayılma tezliyin Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda nisbətən daha çoxdur. Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində müalicə olunur, həmçinin stasionar və ambulator şəraitdə müalicə alırlar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR