• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Hər kəs daşıyıcıdır: Ehtiyatlı olun

CƏMİYYƏT

15 Yanvar 2024 | 09:01

Hər kəs daşıyıcıdır: Ehtiyatlı olun

“Qış mövsümündə respirator infeksiyaların sayında kəskin artım olur. Bunun da səbəbi hava soyuq olduğu dönəmlərdə insanların qapalı məkanlardan daha çox istifadə etmələridir. Bu hal xüsusi ilə də bayram günlərində müşahidə edilir”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, qapalı məkanlarda insanlar bir-birilərinə daha yaxın məsafədə olurlar ki, bu da infeksiyanın bir insandan başqasına keçməsini sürətləndirir: “Hazırda qrip mövsümüdür, artıq Avropa ölkələrində koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. Eyni zamanda da ölkəmizdə qızılca infeksiyasına yoluxma halları artmaqdadır. Bütün bu xəstəliklərin hamısı yaxın təmas əsnasında, təmas sonrasında başqa bir insana rahatlıqla keçə bilir”.

Mütəxəssis mövsümi qriplərdən qorunmağınm yollarını da açıqlayıb: “Viruslardan qorunmaq üçün peyvəndlənmə prosesindən keçmək lazımdır. Eyni zamanda insanlar xəstə olduqları halda evdən çölə çıxmamalıdırlar. Ən azından xəstəliyi daha rahat keçirsinlər, həmçinin başqa insanları yoluxdurmasınlar”.

Vasif Əliyev: Viruslardan qorunmaq üçün peyvəndlənmə prosesindən keçmək lazımdır

Müsahibimiz qeyd edib ki, hər birimiz ara məsafəsini gözləməli, gigiyena qaydalarına əməl etməliyik. Zəruri olduğu təqdirdə maskalardan da istifadə etməliyik: “Çünki qarşımızdakı insanın hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Hər bir insana aktiv virus daşıyıcısı gözü ilə baxmalıyıq”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026