Yaponiyanın özünümüdafiə qüvvələrinin əsgərləri arasında atışma nəticəsində iki nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Bildirilib ki, 18 yaşlı əsgər atəş açıb, nəticədə 50 və 20 yaşlarında iki kişi ölüb, bir nəfər yaralanıb. Ölənlərdən birinin zabit olduğu ehtimal olunur. Atəş açan əsgər tutulub.
Yaponiya hökumətinin baş katibi Xirokadzu Matsuno bildirib ki, hadisə iyunun 14-də yerli vaxtla səhər saat 9-da baş verib.
Yaponiya Özünümüdafiə Qüvvələri komandanlığının nümayəndəsinin sözlərinə görə, qatil 8 dəfə atəş açıb. Komandanlığın qərargah rəisi, general Yasunori Morişita bildirib ki, qətldə şübhəli bilinən şəxs bu ilin aprelində ordu sıralarına çağırılıb: “Ölənlər təlimatçı olub. Polis hadisə ilə bağlı araşdırma aparır”.
Atışma nəticəsində mülki vətəndaşlar arasında xəsarət alan olmayıb.















