• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Hesablama Palatası Milli Məclisdə yoxlama aparıb

Gündəm

05 Iyul 2024 | 09:56

Hesablama Palatası Milli Məclisdə yoxlama aparıb

Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.

Hesablama Palatasından Bakıvaxtı.az-a verilən xəbərə görə, audit 2023-cü il və 2024-cü ilin ilk üç ayında icra edilmiş 66,1 mln. manat vəsaiti əhatə edib.

Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün kafi əminliyi formalaşdırıb.

Hesablama Palatasının müvafiq Kollegiya qərarı ilə auditin nəticələri üzrə Auditor hesabatı təsdiq edilib. Hesabatda dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktların tələblərinə əsasən uyğun olması ilə bağlı Rəy ifadə edilib. Bununla yanaşı, düzgün təsnifləşdirilməmiş aktivlər üzrə mühasibat yazılışları verilməklə düzəlişlərin edilməsi, amortizasiya normalarının müvafiq təlimata uyğun hesablanılması və qeyd olunan düzəlişlərin maliyyə hesabatlarında nəzərə alınmasının zəruriliyi bildirilib.


SON XƏBƏRLƏR

07 Iyul 2024
06 Iyul 2024