• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hindistan heç kimə satmadığı silahı Ermənistana  göndərir

DÜNYA

29 Sentyabr 2022 | 10:35

Hindistan heç kimə satmadığı silahı Ermənistana göndərir

Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı “The Economic Times” qəzeti yayıb.

Məlumata görə, sözügedən silah-sursat iki ölkə arasında sentyabrın əvvəlində imzalanan müqavilələr əsasında göndəriləcək.

Müqavilələrə əsasən, Hindistan Ermənistana yerli istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası göndərəcək. Bildirilir ki, bu müqavilə ilə Hindistan “Pinaka” sistemlərini ilk dəfə olaraq xarici ölkəyə satacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026