• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistan ölkəmizdə TOP-10-a daxil oldu - SƏBƏB

İQTİSADİYYAT

05 Avqust 2024 | 14:52 | Müəllif: Əli Hüseynov

Hindistan ölkəmizdə TOP-10-a daxil oldu - SƏBƏB

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 39 ölkədən 15 111 aviareys təşkil olunub.

Bakıvaxtı.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (21,8 %) və 2 767 aviareys (22,4 %) çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 4 430 reys. Bu da 1 il əvvələ nisbətən 13,9 % çoxdur.

İyulda Azərbaycana həyata keçirilən aviareyslərin sayı 19,7 % artaraq 2 811 təşkil edib. Ötən ay Rusiyadan isə 777 uçuş olub ki, bu da 1 il əvvələ nisbətən 18,6 % çoxdur.

7 ayda Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 3 296 uçuş olub ki, bu da illik müqayisədə 7 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 813 reyslə (+37,8 %) daxil olub.

TOP-10-luğa həmçinin Gürcüstan 1 159 (34,7 % çox), Səudiyyə Ərəbistanı 503 (7,5 % az), Qazaxıstan 481 (9,8 % çox), Hindistan 371 (7,4 dəfə çox), Qətər 345 (61,9 % çox), Küveyt 246 (24,8 % çox) və Ösbəkistan 246 aviareyslə (52 % az) daxildir.

Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail isə 12 yerə enib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026