• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistanda qırmızı həyəcan elan edildi

DÜNYA

15 May 2022 | 09:55

Hindistanda qırmızı həyəcan elan edildi

Hindistanın şimalında havanın temperaturu normanı kəskin ötüb, keçən şənbə günü bir çox bölgədə havanın temperaturu 45 dərəcəyə qalxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın meteorologiya departamenti bildirib.

Qeyd olunub ki, Dholpur rayonunda temperaturun 48,5 dərəcəyə yüksəldiyi Racastan əyalətinin şimal-qərbindəki bir neçə bölgədə qırmızı təhlükə elan edilib.

Cammu bölgəsində 43,5, Dehlidə 47,2, Nəcəfqarhda isə 47 dərəcə istilik qeydə alınıb. Bu da ilin bu dövrü üçün normadan orta hesabla yeddi dərəcə yüksəkdir. Meteoroloqların sözlərinə görə, havanın temperaturu yaxın günlərdə düşməyəcək.

Yerli hakimiyyət orqanları insanlara bu günlərdə küçəyə çıxmamağı məsləhət görür və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026