• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu ölkədə sürücülük vəsiqəsini robot verir

DÜNYA

14 Iyun 2022 | 03:26 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə sürücülük vəsiqəsini robot verir

Özbəkistanda sürücülük vəsiqəsi imtahanları üçün tam avtomatlaşdırılmış iki sınaq mərkəzi fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, Özbəkistan mətbuatında yer alan məlumata görə, və beləliklə, sürücülərin yol hərəkəti qaydalarını bilməsi və təcrübəsi insan müdaxiləsi olmadan qiymətləndirilir.

İmtahanın nəzəri hissəsi kompüter vasitəsi ilə, praktiki hissəsi isə yenə də insanın müdaxilə etmədiyi sistemlə həyata keçirilir. 100 faiz avtomatlaşdırılmış avtodrom sükan arxasında əyləşən sürücünün bütün qayda pozuntularını qeydə alır.

Qeyd olunub ki, ölkədə sürücülük vəsiqəsinin verilməsi istiqamətdə eksperimentlər fevral ayında başlayıb. Fevralın 4-dən iyunun 9-dək Daşkənd şəhərindəki test mərkəzində sürücülük məktəblərinin 10 min 92 məzunu imtahan verib. Onlardan yalnız 3 min 266 nəfəri avtomobil idarə etmək hüququ qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026