• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hindistanda terror - Ölən və yaralananlar var

DÜNYA

06 Mart 2022 | 18:34 | Müəllif: Subhan Mahmudov

Hindistanda terror - Ölən və yaralananlar var

Hindistanın şimali birlik ərazisi olan Cammu və Kəşmirin paytaxtı Şrinaqarda törədilən terror aktı nəticəsində azı 1 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum terrorçular insanların sıx olduğu bazarda bir qrup polis və hərbçiyə qumbara atıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Polis zabiti Rakeş Balvalın sözlərinə görə, terror aktı zamanı 71 yaşlı kişi öldürülüb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026