• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenski hərbi cinayətlər törədən rusiyalılar barədə: “Həmin insanları..."

DÜNYA

05 Aprel 2022 | 15:25 | Müəllif: Subhan Mahmudov

Zelenski hərbi cinayətlər törədən rusiyalılar barədə: “Həmin insanları..."

“Ukrayna, hətta beynəlxalq qanunvericilik kömək etməsə belə, rusiyalı hərbi cinayətkarları cəzalandıracaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski yerli jurnalistlərə müsahibəsi zamanı deyib.

“Bizim insanlarımıza işgəncə verən həmin cinayətkarlarla bağlı bizim daxili işlərimiz var. Biz informasiya toplamağa başlayırıq və bu insanları axtaracağıq. Bu cinayətkarları tapmağı çox istəyən insanlar var. Əgər beynəlxalq qanunvericilik bizə bu işdə yardım etməsə, bunu Ukrayna qanunları edəcək”, - deyə V.Zelenski bildirib.

Onun sözlərinə görə, Avropada da rusiyalı cinayətkarların məsuliyyətə cəlb olunması ilə məşğul olan birgə komissiya yaradılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026