• Bakı 23° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Hökuməti devirmək istəyən qrupa qarşı əməliyyat keçirilib

DÜNYA

06 Iyul 2024 | 17:20

Hökuməti devirmək istəyən qrupa qarşı əməliyyat keçirilib

Qırğızıstanda hökuməti devirmək istəyən qruplaşmaya aid silah-sursat ələ keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, ölkədə zorakılıq yolu ilə hakimiyyəti ələ keçirməyi və ictimai-siyasi sabitliyi pozmağı planlaşdıran cinayətkar  qruplaşmanın üzvlərinin olduğu ünvanlarda axtarış aparılıb.

Bildirilib ki, əməliyyatı zamanı 50 silah, 20 tapança, 255 min 238 ədəd döyüş sursatı, 38 dəst zireh, 2 pilotsuz uçan aparat, kustar üsulla hazırlanmış partlayıcılar və digər qadağan olunmuş əşyalar aşkar edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Oktyabr 2024