• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Hüseyn Altınalanın səlahiyyət müddəti başa çatdı

SİYASƏT

11 Oktyabr 2023 | 16:45 | Müəllif: Qalib İbrahimoğlu

Hüseyn Altınalanın səlahiyyət müddəti başa çatdı

Türkiyənin Azərbaycandakı səfirliyinin media üzrə müşaviri Hüseyn Altınalanın səlahiyyət müddəti başa çatır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə H.Altınalan özü bildirib.

Onun sözlərinə görə, Bakıda Vətən Müharibəsindən bir az əvvəl başlayan vəzifəsi bu gündən başa çatıb: “Allaha şükür, Allah mənə Qarabağ zəfərini görmək və bu qələbəyə az da olsa töhfə vermək nəsib etdi...”
H.Altınalan qeyd edib ki, vəzifədə olduğu müddətdə ölkələrimizi daha da yaxınlaşdırmağa, qardaşlıq hisslərini gücləndirməyə çalışıb.

“Mənim səylərimə verdiyiniz töhfəyə, isti və mehriban münasibətinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edir, işinizdə uğurlar arzulayıram”, - deyə Hüseyn Altınalan Azərbaycan jurnalistlərinə müraciətində bildirib.

Qeyd edək ki, Hüseyn Altınalan Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri vəfəsinə 2019-ci ildə təyin olunub.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026