• Bakı 24° C

    5.8 m/s

Husilər "Groton" konteyner gəmisini raketlə VURDU

DÜNYA

04 Avqust 2024 | 20:14 | Müəllif: Subhan Mahmudov

Husilər "Groton" konteyner gəmisini raketlə VURDU

Yəmənin Ənsarullah hərəkatı Ədən körfəzində üzən "Groton" gəmisinə ballistik raketlərlə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya deyib.

"Yəmənin hərbi dəniz və raket qüvvələri birgə əməliyyat keçirərək, Ədən körfəzində "Groton" gəmisinə çoxsaylı ballistik raketlərlə hücum edib",- o bildirib.

Onun sözlərinə görə, "Groton" konteyner gəmisi onun sahibinin "işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğu" üçün vurulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026